"Əgər futbolda texnologiyalardan istifadəyə icazə verilsə, belə səhvlər olmaz"
İtaliyalı referi Nikola Ritsoli Çempionlar Liqasının 1/4 finalının "Atletiko" - "Barselona" qarşılaşmasındakı səhvini boynunan alıb. O, qarşılaşmanın son dəqiqələrində "Atletiko"nun qapısına penalti təyin etməmişdi. "Marca" nəşrinin verdiyi xəbərə görə, Ritsoli bunları söyləyib:
"Müdafiəçinin ayağı cərimə meydançasından kənarda idi. Təəssüf ki, bu da məni bir qədər çaşdırdı. Əgər futbolda texnologiyalardan istifadəyə icazə verilsə, belə səhvlər olmaz.
Futbolda hər şeyi saniyələr həll edir. Ancaq texnologiyalar bizim işimizi yüngülləşdirər. 93-cü dəqiqəyə qədər əla işləyirdik. Lakin bir səhv bütün işimizin dəyərini aşağı saldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB