Silvio Berluskonu “Milan” futbol klubunu Çin milyonçusuna satır
İtaliyanın "Milan" futbol klubunun prezidenti və səhmdarı Silvio Berluskoni sahibi olduğu klubu satmaq qərarına gəlib. "Tuttosport" qəzeti xəbər verir ki, klubun satışını ərsəyə gətirəcək danışıqların yekun mərhələsi artıq bu həftə sonu başa çatacaq. İki həftə ərzində isə işlərin hüquqi tərəfi tamamlanacaq.
Məlum olub ki, uzun müddət davam edən danışıqların nəticəsində klubun 700 milyon avroya satışı razılaşdırılıb. Berluskoni öz mövqeyini bu gün keçirilən "Milan"nın inzibati şurasının yığıncağında da bildirib. İtaliya mətbuatına sızan xəbərə görə, "Milan" futbol klubunun səhmləri Çin milyonçusu, "Alibaba"-şəxsi internet kommersiya şirkətinin sahibi Jek Maya satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB