“Şahin” hərbi - idman oyununun zona birinciliyi keçiriləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 30 aprel 2016-cı il tarixdə saat 10:00-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Şahin" hərbi - idman oyununun Bakı şəhəri üzrə zona birinciliyi keçiriləcək. Baş İdarədən SİA-ya verilən məlumata görə, tədbirdə Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Respublika Veteranlar Təşkilatının rəsmi və məsul əməkdaşları, həmçinin millət vəkilləri iştirak edəcəklər.

"Şahin" hərbi - idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə