AGF Kubokunda bu gün yeniyetmə sərbəst güləşçilər yarışır

AGF Kubokunda bu gün yeniyetmə sərbəst güləşçilər yarışır

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.

SİA-nın məlumatına görə, üçüncü yarış günündə sərbəst güləş üzrə 115 yeniyetmə pəhləvan yarışır.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Final görüşləri saat 17:00-da başlayacaq və "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə