Rəşad Sadıqov: "Legionerlәrimiz dərk edirlər ki, hansı komandada oynayırlar" AÇIQLAMA

Әsgәrlәrimiz bilsinlər ki, biz onlarlayıq

Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" rəqibi "İnter"i məğlub edib - 4:0. SİA-nın məlumatına görə, millimiz və "Qarabağ"ın kapitanı Rәşad Sadıqov qarşılaşmadan sonra açıqlamasında son günlər cəbhədə baş verən gərginlik haqda da öz fikirlərini bildirib: "Neçə gündür ki, cәbhәdә vәziyyәt gәrgindir. Әsgәrlәrimiz bilsinlər ki, biz onlarlayıq. Çünki bütün fikrimizi ora yönәltmişik. Hәr zaman yanlarında olmağa hazırıq. Biz bunu söz kimi demirik. Sözümüzün dә arxasında durmağa hazırıq. Uşaqlarla danışmışıq vә cәbhә bölgәsindәki hәrbi hissәlәrdәn birinә getmәk istәyirik. Amma gәrginlik olduğu üçün deyirlәr ki, bizi ora buraxmayacaqlar. Amma imkan olan kimi yollanacağıq. Bu barәdә fikrimiz var. Legionerlәrimizә dә durum haqqında mәlumat veririk. Onlar da vәziyyәtdәn xәbәrdardırlar. Özləri də dərk edirlər ki, hansı komandada oynayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə