“Neftçi”-“Qəbələ” heç-heçə

“Neftçi”-“Qəbələ” heç-heçə

Aprelin 27-də futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinal mərhələsinin ikinci oyununda "Neftçi" komandası "Qəbələ" kollektivini qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Aleksey Qayın vurduğu qolla hesabı açan qonaqlar ilk yarını üstün başa vurublar. Lakin 71-ci dəqiqədə Rəhman Hacıyev matçda status-kvonu bərpa edib. Bu, oyunda vurulan son qol olub.

Yarımfinal mərhələsinin cavab oyunları mayın 4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə