"Bakı" futbol klubunun 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. SİA-nın məlumatına görə, bu haqda AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Qərarda bildirilir: "19 aprel 2016-cı il Boulevard Hotel U-15 Liqasında "Xəzər Lənkəran" - "Bakı" matçında "Bakı" oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB