İntizam Komitəsi “İnter”in futbolçusunu cəzalandırdı

İntizam Komitəsi “İnter”in futbolçusunu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatlna görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının XXXI turunun "Qarabağ" - "İnter" matçının 75-ci dəqiqəsində "İnter" klubunun 24 №-li futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXXI turunun "Rəvan" - AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə