Cüdoçularımız Vətəndə coşqu ilə qarşılandılar FOTOLAR

Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıb. Cüdoçuların şəninə müxtəlif şüarlar səsləndirilib.

Qeyd edək ki, Kazanda təşkil olunan Avropa çempionatında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) isə gümüş medal qazanıb. Komanda yarışlarında millimiz tarixdə ilk dəfə bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə