"Yuventus" klubu sona 3 tur qalmış çempionluğunu rəsmən elan edib
32-ci dəfə çempion

İtaliya "A" Seriyasının qalibi müəyyənləşib. Məlumata görə, Turinin "Yuventus" klubu sona 3 tur qalmış çempionluğunu rəsmən elan edib.
Turinlilər hesabat turunda ötən gün səfərdə "Fiorentina"nı 2:1 hesabı ilə yenib.

Çempionluğun taleyi isə bu gün müəyyənləşib. İkinci pilləni tutan "Napoli" səfərdə "Roma"ya yenilib - 0:1. Bununla sona 3 tur qalmış 1-2-ci pillər arasında 12 xallıq fərq yaranıb. Bu isə "Yuventus"un çempionluğunu elan etməsi ilə nəticələnib.

"Yuventus" ardıcıl 5-ci, ümumilikdə 32-ci dəfə İtaliya çempionu olub. Komandanın iki çempionluğu isə "Calciopoli qaqmaqalı"na görə əlindən alınıb.

Hazırda "Yuventus"un 85, "Napoli"nin isə 73 xalı var. Üçüncü yerdə gedən "Roma"nın aktivində 71 xal var. Sona 3 tur qalmış "Napoli" və "Roma" arasında ikinci yer uğrunda qızğın mübarizə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə