Ulduz futbolçuya 75 milyonluq təklif

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çin klubunun 75 milyon avroluq təklifindən imtina edib. İsveçli forvard yalnız bir şərtlə Asiyaya yollanmağa razıdır. O, ildə 100 milyon avro qazanmaq istəyir.

Bunu Fransa saytlarından biri yazıb. Ancaq ona ilə 75 milyon avro əməkhaqqı təklif edən klubun adı açıqlanmayıb.

İbrahimoviçin PSJ ilə hazırki müqaviləsi mövsümün sonunda başa çatacaq. Cari mövsümdə onun aktivində 27 oyuna 32 qol var. Martın 13-də Fransa çempionluğunu rəsmiləşdirən Paris klubu dünən Liqa kubokunu da qazanıb və bu uğurlarda Zlatanın xidməti böyükdür. Ancaq Çempionlar Liqasında 1/4 finaldan uzağa gedə bilməyən PSJ-nin yolunu "Mançester Siti" kəsib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...