Aprelin 25-də Dövlət Statistika Komitəsi Gənclər və İdman Nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Heydər Əliyev-93" adlı mini futbol üzrə ənənəvi idman turnirinə start verilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı Tennis Akademiyasının Mini Futbol meydançasında keçirilən turnirdə Komitənin Mərkəzi Aparatı, Bakı Statistika İdarəsi və tabe rayon qurumlarını təmsil edən 4 komanda mübarizə aparacaq. Bir həftə davam edəcək oyunların qalibləri xal prinsipi əsasında müəyyən olunacaq və onlar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə