"Trabzonspor" - "Fənərbaxça" matçında hakim döyüldü Oyun yarımçıq qaldı - FOTOLAR
Türkiyə Superliqasının 30-cu turunda keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub. Yerli azarkeşlər "Trabzonspor"un 0:4 hesabı ilə geridə olduğu vaxt meydana yad cisimlər atıblar. Qısa fasilədən sonra oyun davam edib. Lakin matçın 89-cu dəqiqəsində yerli azarkeşlərdən biri meydançaya daxil olub və yan xətt hakiminə zərbələr endirib. Bir qədər sonra isə meydançaya xeyli azarkeş daxil olub. Bunu görən matçın baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB