Premyer Liqada iki oyun keçirilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçirilib. SİA xəbər verir ki, oyunlar Lənkəranda və Bakıda keçirilib.

Cari mövsümdə uğursuz çıxış edən "Xəzər Lənkəran" qeyri-stabil oyun nümayiş etdirən "Qəbələ"ni qəbul edib. Avrokuboklara iddialı olan "Qəbələ" Lənkəran səfərindən 3 xalla ayrılıb. Qonaqların yeganə qolunu matçın 9-cu dəqiqəsində Aleksey Qay vurub. Nəticədə "Qəbələ" 49 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib və avrokubok iddiasını saxlayıb. "Ağ-yaşıllar" isə 44 xalla 4-cüdür.

"Neftçi" isə doğma meydanda "Zirə"ni qəbul edib. "Bakcell Arena"da keçirilmiş oyunda qalib müəyyənləşməyib - 0:0. Bununla da "Zirə" 60 xalla ikinci pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 39 xalla 7-cidir.

Turun açılış oyununda "Qarabağ" evdə "İnter"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura aprelin 24-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə