Azərbaycan cüdoçusu Avropa çempionu oldu Foto

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. SİA Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Milli komandamız aktivinə daha bir 1 medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov ilk qarşılaşmasında litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib.

Orucov növbəti rəqibini - çexiyalı Yakub Jesmineki də eyni fəndlə məğlub edib. Cüdoçumuz 1/4 finalda Sloveniya təmsilçisi Rok Draksiç üzərində qələbəyə sevinib.

Yarımfinalda Rusiya cüdoçusu Denis Yartsevə də qalib gələn Orucov adını finala yazdırıb. Həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşan Rüstəm bu mübarizədən də qalib ayrılaraq Avropa çempionatnın qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhaqq Rəsullu mübarizəni erkən dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə