Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisi ilə əlaqədar tikinti işləri iyunun 1-dək yekunlaşacaq. SİA-nın məlumatına görə, bu haqda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
O bildirib ki, tikinti işləri bu tarixdə yekunlaşsa da, yollar yalnız yarış həftə sonu bağlanacaq: "Böyük ehtimalla yarışın keçiriləcəyi yollar iyun ayının 14-dən bağlanacaq. Bu, hələ dəqiq məlumat deyil. Biz Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə yaxından əməkdaşlıq edirik. Tam dəqiq məlumat əldə olunan kimi ictimaiyyətə bildiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB