“Formula-1” yarışını işıqlandırmaq üçün 150 yerli jurnalist müraciət edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) paytaxtımızda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisini işıqlandırmaq üçün 150 yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib. SİA-nın məlumatına görə, bu haqda jurnalistlərə BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, yerli mətbuatın akkreditasiya prosesinin ilkin mərhələsi mart ayının 1-dən başlayıb və 31-dək davam edib: "Akkreditasiya üçün müraciət edən jurnalistlərə yaxın həftələr ərzində cavab veriləcək. Bu yarış ölkəmizdə ilk dəfə keçirildiyi üçün Beynəlxalq Avtomobil Federasiyası bizə güzəştlər edir. Ümid edirik ki, müraciət edən jurnalistlərin hər birinin cavabı müsbət olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə