İtaliya A Seriyasında 34-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub. "Milan" doğma meydanda "Karpi"ni qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, "Milan" 34 turdan sonra 53 xalla turnir cədvəlinin 6-cı, "Karpi" isə 32 xalla 17-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə