Konkur üzrə “Murad” kuboku keçiriləcək

Aprelin 23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı "Murad" kuboku yarışı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.

Yerli hakimlər kollegiyasının idarə edəcəyi yarışda müxtəlif klubların idmançıları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə