Topaz Premyer Liqasının XXXI turunda Qəbələ şəhərinin eyni adlı təmsilçisini qonaq edəcək "Xəzər Lənkəran" bu gün hazırlığa start verib. SİA-nın məlumatına görə, komanda iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Son səfər matçında zədələnən futbolçular - Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında artıq fərdi məqşlərə başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.
Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı aprelin 23-də saat 16.30-da "Xəzər Lənkəran" Mərkəzi Stadionunda start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB