PSJ Fransa Kubokunun finalında

Futbol üzrə Fransa Kubokunda ilk finalçı müəyyənləşib. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin birinci oyununda PSJ səfərdə "Loryan"la qarşılaşıb. Matç Loran Blanın komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Bu qələbə ilə PSJ finala yüksəlib. Paris klubunun həlledici matçda rəqibi "Soşo" - "Marsel" görüşünün qalibi olacaq.

"Loryan" - PSJ" - 0:1
Qol:
İbrahimoviç, 75 (0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə