“Formula-1” yarışının pitstop binasında işlərin 90 faizi yekunlaşıb AÇIQLAMA
Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Prisinin pitstop binasında işlər yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, bu haqda media nümayəndələrinə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektləri tikintisi üzrə rəhbər Tom Butçer məlumat verib.
O qeyd edib ki, birinci üç mərtəbəli bina yarışa nəzarət mərkəzi olacaq. Mütəxəssisin sözlərinə görə, pitstop binası ikimərtəbəlidir: "Buranın1-ci mərtəbəsində 44 qaraj mövcuddur. Onlardan 22-si komandalara veriləcək. 11 komandanın hərəsinə 2 qaraj düşür. Çünki yarışda ümumilikdə 22 pilot mübarizə aparacaq. Digər qarajlar isə Beynəlxalq Avtomobil Federasiyası və "Formula-1" rəhbərliyinin olacaq. İkinci mərtəbədə Paddok kluba üzv azarkeşlər üçün yerlər ayrılacaq. Burada 2000-dən çox azarkeş yerləşdirilə bilər".
Tom Butçer vurğulayıb ki, pit yolundan avtobillərin təkərlərinin dəyişdirilməsi və digər sazlama əməliyyatları üçün istifadə ediləcək: "Digər yol isə yarışın sürətləndirmə xəttidir. Bura 340 km-ə qədər sürət üçün nəzərdə tutulub. Pit yolu Beynəlxalq Avtomobil Federasiyasının standartlarına uyğun hazırlanıb".
Mütəxəssis bildirib ki, yarışa nəzarət binasında bütün təhlükəsizlik tədbirləri görülüb: "Burada quraşdırılan kameralar vasitəsilə avtomobillərin düzgün hərəkət etməsi və qiymətləndirilməsi prosesi aparılacaq. Yarışın start və finiş xətti, mükafatlandırma mərasimi də burada olacaq. Tikintinin 90 faizi yekunlaşmaq üzrədir. Lazımi telekommunikasiya sistemləri yerləşdirildikdən sonra iyunun 1-də bina tam təhvil veriləcək".
O qeyd edib ki, mayın 1-dən trekin kənarlarına baryerlər yerləşdiriləcək.
Onu da qeyd edək ki, burada daha bir bina media nümayəndələri və iştirakçılara keçiriləcək seminarlar üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB