"İnter"in futbolçuları İlkin Qırtımov və Fuad Bayramov üçün Topaz Premyer Liqasının XXX turunun "Kəpəz"lə səfər matçı yubileylə əlamətdar olub. SİA-nın məlumatına görə, 1:1 hesabı ilə nəticələnən görüşdə hər iki futbolçu yubiley oyununa çıxıb. İlkin ölkə çempionatlarında 150-ci qarşılaşmasında iştirak edib. Bu matçlarda 3 qola sevinən müdafiəçi "İnter"lə (27 oyun, 1 qol) yanaşı, "Simurq"un da (123 oyun, 2 qol) formasını geyinib.

Fuad üçün isə yubiley ikiqat xarakter daşıyıb. O, 1 qol vurduğu Premyer Liqada 50-ci oyununu keçirib. Yalnız bir klubun şərəfini qoruyan yarımmüdafiəçi, həm də "İnter"in heyətində 50-ci çempionat matçında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...