“Sumqayıt”ın 50-ci uğursuz səfəri

Topaz Premyer Liqasının XXX turunun AZAL-la qarşılaşması "Sumqayıt" üçün yubiley məğlubiyyəti ilə yadda qalıb. SİA-nın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi səfərdə 50-ci dəfə uduzub. Komandanın Premyer Liqada çıxış etdiyi müddətdə rəqib meydanında keçirdiyi 81-ci matçda qeydə alınan 0:1 hesablı yenilgi yubiley uğursuzluğu kimi tarixə düşüb. İndiyədək səfərdə 9 qələbə qazanan "Sumqayıt" 10-cu, yubiley uğurunu bu dəfə də qazana bilməyib. Doğma arenadan kənarda 22 heç-heçəsi olan sumqayıtlılar rəqib meydanlarında 69 qol vurub, 153-nü buraxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...