AZAL "Sumqayıt"a fantastik qolla qalib gəldi

AZAL "Sumqayıt"a fantastik qolla qalib gəldi

Topaz Premyer Liqasının XXX turu AZAL - "Sumqayıt" oyunu ilə yekunlaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən qarşılaşmanı Fariz Yusifov idarə edib. Ona Vaqif Musayev, Azər Əsgərov və Ramil Əhmədov kömək ediblər.

AZAL-ın heyətində meydana Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Kamil Hüseynov, Emin Cəfərquliyev, İlqar Ələkbərov, Hacı Əhmədov, Murad Səttarlı, Nuqzar Kvirtiya, Aleksandr Quruli və Aydın Qasımov çıxıb.

Ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Qvanzav Maqomedov, Məhəmməd Bədəlbəyli, Mirzağa Hüseynpur, Seyidrəzi Ağayev, Ruslan Nəsirli və Elşad Manafov gözləyib.

"Sumqayıt"ın ilk 11-liyində Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Pərdis Fərcad-Azad, Murad Ağayev, Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov (k), Amit Quluzadə, Ağabala Ramazanov, Vaqif Cavadov və Rasim Ramaldanov yer alıb.

Ehtiyatda isə Tərlan Əhmədli, Mikayıl Rəhimov, Nicat Muxtarov, Xaliq İbrahimov, Ayaz Mehdiyev, Amil Yunanov və Xəyal Nəcəfov gözləyib.

Şüvəlanda keçirilən bütün qarşılaşmalarda gözəl oyun göstərib, uğurlu nəticələrə imza atan baş məşqçi Tərlan Əhmədovun yetirmələri yenə də rəqibdən üstün olmağı bacarıblar. Gərgin mübarizə ilə yadda qalan oyunda "təyyarəçilər" bir neçə dəfə qol vurmaq şansı qazansalar da, idman xoşbəxtliyi rəqib tərəfdə olub. Meydan sahibi matçın 38-ci dəqiqəsində istəyini gerçəkləşdirib. AZAL-ın müdafiəçisi Tural Hümbətov fantastik zərbə ilə qol vuraraq, rəqibi oyuna mərkəzdən başlamağa vadar edib. Bundan sonra "Sumqayıt" hücuma atılaraq hesabı bərabərləşdirmək istəsə də, Tərlan Əhmədovun yetirmələri qonaqlara bu sevinci yaşatmayıblar. Qarşılaşmanın 68-ci dəqiqəsində "Sumqayıt"ın qapısına penalti təyin olunub. Ancaq yenə də idman xoşbəxtliyi qonaqların tərəfində olub və Aleksandr Quruli zərbəni dəqiq yerinə yetirməyib.

Qarşılaşma bu hesabla da başa çatıb. AZAL Şüvəlanda "Sumqayıt"a qalib gələrək (1:0), aktivinə daha 3 xal yazdırıb.

Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "CBC Sport" kanalına açıqlamasında qarşılaşma haqda fikirlərini bildirib: "Çox vacib 3 xal qazandıq. Xal ehtiyatımızı daha da artırdıq. Ötən mövsüm 39 xal toplamışdıq. Ondan əvvəl də xalımız bu civarda idi. Cari mövsümdə bu həddi keçmək istəyirik. İlk hissədə biz istəyən futbol olmadı. Ona görə də fasilədə bəzi futbolçulara dedim ki, onların aşağı səviyyədə oynaması komanda oyununu da aşağı salır. Fasilədən sonra həmin futbolçular oyunlarını düzəltdilər və yekunda qələbə qazandıq. Düzdür, penaltini vura bilmədik, ama deyim ki, rəqib də gözəl futbol oynadı. Onların da real imkanları oldu. Ümumiyyətlə, "Sumqayıt"la oyunun çətin keçəcəyini gözləyirdik. O ki qaldı Avropa zonasına düşməyə, açığı bir anlıq mövsümün startını yadıma salıram. Həmin vaxt ardıcıl 5 tur nə xal qazana bildik, nə də qol vura bildik. Bu mənada düşünürəm ki, Allah bu gün bizi istənilən qədər yuxarı qaldırıb. Amma yenə də əgər şans varsa, sona qədər vuruşacağıq".

Qeyd edək ki, AZAL 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Turnir cədvəli

1 Qarabağ 30 21 6 3 55-19 69
2 Zirə 30 17 8 5 39-22 59
3 İnter 30 13 10 7 28-19 49
4 Kəpəz 30 12 10 8 36-31 46
5 Qəbələ 30 12 10 8 35-24 46
6 AZAL 30 12 6 12 23-28 42
7 Neftçi 30 10 8 12 29-33 38
8 Sumqayıt 30 6 11 13 30-40 29
9 Xəzər Lənkəran 30 3 5 22 12-40 14
10 Rəvan 30 3 8 19 19-50 11

Bombardirlər:

13 qol - Nelson Bonilla ("Zirə")
11 qol - Dani Kintana ("Qarabağ")
10 qol - Ruslan Qurbanov ("Neftçi")

Bütün xəbərlər Facebook səhifəmizdə