Cəbrayıl erməni rəqibini məğlub edib Olimpiadaya vəsiqə qazandı FOTOLAR

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. SİA-nın məlumatına görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.

İkinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya oldu.

Avropa təsnifat turnirinin finalında Cəbrayıl Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olacaq.

Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan İrina Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya uzudub və lisenziya şansını itirib. Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri saat 21:00-da başlayacaq.

63 kq (qadın)
1/4 final - Adela Hanzlickova (CZE) - İrina Netreba 4:10
1/2 final - İrina Netreba - Anastasia Bratçikova (RUS) 2:7
Bürünc medal görüşü - Aqoro Papavasileiou (GRE) - İrina Netreba

74 kq (sərbəst)
1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (MDA) 11:0
1/4 final - Cəbrayıl Həsənov - Kristian Brzozovski (POL) 10:0 (1 dəq 46 san)
1/2 final - Cəbrayıl Həsənov - Suren Xaçatryan (ARM) 10:0 (51 san) (Olimpiadaya lisenziya qazandı)
FİNAL - Cəbrayıl Həsənov - Jakob Maxaraşvili (GEO)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...