Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi" çempionatın lideri "Qarabağ"ı qəbul edib. SİA-nın məlumatına görə, azakeşlər ilk hissədə qol görməyiblər.

İkinci hissənin əvvəlində isə Ağdam təmsilçiləri önə keçiblər. 56-cı dəqiqədə Daninin zərbəsi dəqiq alınıb. 73-cü dəqiqədə "Qarabağ"ın hücumçusu Reynaldo hesabı artırıb. Lakin iki dəqiqə sonra Aylton Silva fərqi yenidən birə endirib - 1:2. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, "Qarabağ" 30 oyundan sonra 69 xalla çempionatın şəriksiz lideridir. 38 xallı "Neftçi" 7-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə