Boksçularımız Olimpiya Oyunlarına 7-ci lisenziyanı qazanıblar

Boksçularımız Olimpiya Oyunlarına 7-ci lisenziyanı qazanıblar

Türkiyənin Samsun şəhərində davam edən Avropa qitəsi idmançılarının Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks turnirində dünən axşam günün ikinci yarısının döyüşləri keçirilib. SİA-nın məlumatına görə, 91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulkadir Abdullayev böyük britaniyalı Lorens Okoli ilə qarşılaşmada məğlub olub.

Ən ağır çəkidə yarışan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə türkiyəli Əli Ərən Dəmirəzəni məğlub edərək həm finala yüksəlib, həm də Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, boksçularımızın lisenziya sayı 7-yə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə