Boksçumuz Rio Olimpiadasına vəsiqə qazanıb

Ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb. Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. Məlumata görə, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb.

O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.

60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) 3:0 hesabı ilə qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...