AL-də yarımfinal mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.

"Şaxtyor" finala gedən yolda "Sevilya", "Vilyareal" isə "Liverpul"la qarşılaşacaq. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi finalda nominal meydan sahibi olacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 18-də İsveçrənin "Sent Yakob Park" arenasında baş tutacaq.

Avropa Liqasında yarımfinalın cütlükləri:

"Şaxtyor" (Ukrayna) - "Sevilya" (İspaniya)
"Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...