ÇL-in yarımfinal cütlükləri müəyyənləşib

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.

"Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26-27 aprel və 3-4 may tarixlərində keçiriləcək.

Final qarşılaşması isə mayın 28-də Milanda olacaq.

Çempionlar Liqasında yarımfinalın cütlükləri:

"Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)

"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...