Xüsusi Olimpiya Komitəsi ikinci milli oyunlara start verdi

Xüsusi Olimpiya Komitəsi ikinci milli oyunlara start verdi

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin ikinci milli oyunlarına badminton yarışları ilə start verilib. Yarışların ümumi komanda hesabında qalibləri mükafatlandırılacaqlar. Komitədən SİA-ya verilən məlumata görə, ikinci milli oyunların açılış mərasimi aprelin 30-da saat 15.00-da Xəzər rayonundakı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Milli oyunlar çərçivəsində 8 idman növü üzrə keçiriləcək yarışlarda komitənin Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan regional filiallarının komandaları iştirak edəcəklər.

Yarışların nəticələri barədə məlumatı komitənin saytından və feysbuk səhifəsindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə