"Bu, futbolun inkişafına təkan verəcək"

"Bu, futbolun inkişafına təkan verəcək"

"Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, bu bizim üçün böyük qələbədir: "İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə