Topaz Premyer Liqasının XXX turunda Gəncədə "İnter"i qəbul edəcək "Kəpəz" dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. SİA-nın məlumatına görə, komanda Bakıda məşq edir. "Sarı-göylər" aprelin 15-də Nizami yurduna gedəcək. Komanda həmin gün matçın keçiriləcəyi şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, "Kəpəz" - "İnter" görüşü aprelin 16-da saat 13:30-da başlayacaq. Oyun "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB