Taqim Novruzov Kiyevdə əməliyyat olunacaq

Taqim Novruzov Kiyevdə əməliyyat olunacaq

Topaz Premyer Liqasının 25-ci turunun AZAL-"Neftçi" oyununda ağır zədə alan Taqim Novruzov əməliyyat olunacaq. SİA-nın məlumatına görə, həkimlərin "sağ diz oynağının ön çarpaz bağlarının tam qopması" diaqnozu qoyduğu futbolçu bir gün sonra Kiyevə yola salınacaq. Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin "Doktor Linko" klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Taqim əməliyyat masasına uzanacaq.

Qeyd edək ki, Taqimi tanınan ukraynalı cərrah Vladimir Novikov əməliyyat edəcək. Futbolçunun aprelin 19-da Bakıya qayıdacagı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə