Həndbol yarışı keçirilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı, rayon gənclər və idman idarəsi tərəfindən məktəblilər arasında həndbol yarışı keçirilib.

SİA-nın məlumatına görə, 24 məktəbin komandalarının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə təşkil olunub. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən 214, 12 və 32 nömrəli orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, gənclər və idman idarəsinin rəisi Elşən Mirzəyev və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu söyləyiblər. Çıxışlarda, həmçinin Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb.

Sonda qaliblərə medallar və diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə