Futbolçu hakimi təhqir etdiyinə görə cəzalandı

Futbolçu hakimi təhqir etdiyinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

08 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun "Sumqayıt" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

08 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun "İnter" – AZAL matçının 13-cü dəqiqəsində "İnter" klubunun 97 №-li futbolçusu Fərid Abbaslı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Rüstəm Rüstəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

09 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun "Rəvan" – "Zirə" matçının 76-cı dəqiqəsində "Rəvan" klubunun 9 №-li futbolçusu Nuran Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

07 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXI turunun "Zaqatala" – "Şərurspor" matçının 45+2-ci dəqiqəsində "Şərurspor" klubunun 94 №-li futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

07 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXI turunun "Ağsu" – "Bakılı" matçının 76-cı dəqiqəsində "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).

08 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXI turunun "Şəmkir" – "Neftçala" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində "Şəmkir" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).

Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun 20 №-li futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

"Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmuşdur. Lakin "Şəmkir" – "Neftçala" oyununun 68-ci dəqiqəsində "Şəmkir" klubunun cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirmişdir. Bu səbəbdəndə baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunur. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.

04 aprel 2016-cı il Bakcell U-17 Liqasında "Rəvan" - AZAL matçının 56-cı dəqiqəsində "Rəvan" klubunun 3 №-li futbolçusu Aydın Ramaldanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

11 aprel 2016-cı il Bakcell U-17 Liqasında "Kəpəz" – "Bakı" matçında "Bakı" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

05 aprel 2016-cı il Boulevard Hotel U-15 Liqasında "Xəzər Lənkəran" – "İnter" matçının 58-ci dəqiqəsində "İnter" klubunun 11 №-li futbolçusu Miqdar Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

09 aprel 2016-cı il U-14 Liqasında "Sumqayıt" – "Qəbələ" matçının 49-cu dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Rauf Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

09 aprel 2016-cı il Coca-Cola U-13 Liqasında "Vətən" – "Qarabağ" matçının 15-ci dəqiqəsində "Qarabağ" klubunun 3 №-li futbolçusu Rəşad İsmayılzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

08 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin "Qatar" – "Baku Fire" matçının 30-cı dəqiqəsində "Baku Firə" klubunun 18 №-li futbolçusu Ceyhun Əhmədovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 30-cu dəqiqəsində "Qatar" klubunun 3 №-li futbolçusu Saleh Əzizovun aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

09 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin "Obolon" – "Amrahbank" matçının 30-cu dəqiqəsində "Amrahbank" klubunun 17 №-li futbolçusu hakimin icazəsi olmadan meydançaya daxil olaraq oyuna mudaxilə etmişdir. "Amrahbank" klubunun 17 №-li futbolçusu Həbib Amanov rəqibi aşkar qol vurmağdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə