"Roma" "Bolonya" ilə heç-heçə edib

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma baş tutub.

"Roma" evdə "Bolonya"nı qəbul edib. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1.

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 64-ə yüksəldən "Roma" turnir cədvəlinin 3-cü, "Bolonya" isə 37 xalla 13-cü pilləsində qərarlaşıb.

11 aprel

İtaliya A Seriyası, 32-ci tur

"Roma" - "Bolonya" 1:1
Qollar: Rosettini, 25 (0:1), Salah, 50 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə