Millimiz Makedoniya yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. AFFA-nın saytına istinadən məlumat verir ki, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, futbolçularımız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə