“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında aksiya keçiriləcək

“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında aksiya keçiriləcək

Sabah "Gəlin Bakını sürətlə yaşıllaşdıraq" devizi altında aksiya keçiriləcək. SİA-nın məlumatına görə, aksiyada Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçiləri, Formula-1 üzrə Avropa Qran Prisinin könüllüləri və marşalları iştirak edəcəklər. Tədbir çərçivəsində Səbail rayonunda yerləşən "Dostluq Parkı"nda Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkiləcək.

Qeyd edək ki, aksiya saat 10.30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə