Yunan-Roma güləşçilərimiz reytinqdəki mövqelərini qoruyublar

Yunan-Roma güləşçilərimiz reytinqdəki mövqelərini qoruyublar

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb.

Son dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, 59 kq çəki dərəcəsində mübarizə aparan gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən, həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov (80 kq) olub.

Onluğa daxil olan Azərbaycan pəhləvanlarından Həsən Əliyev (66 kq) 9-cu, Elvin Mürsəliyev (75 kq) 8-ci, Saman Təhmasibi (85 kq) 6-cı, 130 kq çəki dərəcəsində Sabah Şəriəti isə 10-cu sıradadır.

İlk iyirmilikdə həmçinin Orxan Nuriyev (98 kq) 15-ci yerdə və İslam Abbasov (85 kq) 20-ci yerdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə