“Kəpəz” hazırlığı tamamladı

“Kəpəz” hazırlığı tamamladı

Topaz Premyer Liqasının 29-cu turunda "Qarabağ"ın qonağı olacaq "Kəpəz" qarşıdakı oyunla bağlı hazırlığını yekunlaşdırıb. SİA-nın məlumatına görə, "sarı-göylər" matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi "Azərsun Arena"da çıxıb.

Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.

Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar bu gün təkrar müayinədən sonra veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə