Daimi dövlət qulluqçuları and içdi FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyində nazirliyin strukturuna daxil olan vakant inzibati vəzifələrə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçərək, daimi dövlət qulluğuna qəbul edilən 16 nəfərin and içmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər rayon (şəhər) gənclər və idman idarələrinə 1 il stajçı kimi qulluğa qəbul edilib, daha sonra 6 ay sınaq müddətini uğurla başa vuraraq ölkə qanunvericiliyinə uyğun şəkildə and içib, daimi dövlət qulluğuna qəbul ediliblər.

Daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşlara eyni zamanda, daimi dövlət qulluqçusu kimi dövlət qulluğunun müvafiq ixtisas dərəcələri verilib.

Andiçmə mərasimindən sonra gənclər və idman naziri Azad Rəhimov əməkdaşları təbrik edib. Nazir: "İnsanlar müxtəlif peşələrdə çalışa bilər. Lakin ən şərəfli iş dövlətə, Vətənə ləyaqətlə qulluq etməkdir. Bu gün sizin iş həyatınızda yeni, tarixi səhifə açıldı. Mən sizi təbrik edir, işlərinizdə uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...