Millət vəkili: “Azərbaycan və Rusiya mehriban qonşular, strateji tərəfdaşlardır” AÇIQLAMA

Millət vəkili: “Azərbaycan və Rusiya mehriban qonşular, strateji tərəfdaşlardır” AÇIQLAMA

"Azərbaycan və Rusiya mehriban qonşular və strateji tərəfdaşlardır". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, Rusiya hərbi təlimləri öz ərazisində keçirir və bu, onun daxili işi, suveren hüququ olduğundan biz tərəfdən soyuqqanlı qarşılanmalıdır: "Şimali Qafqaz Rusiya üçün narahat regiondur. Hərbi təlimlərlə həmin regionda maraqları olan xarici ölkələrə güc göstərilir, daxildəkilərə isə sərt cavab verilir. Azərbaycan dövləti heç bir zaman Rusiya əleyhinə siyasət yürütməyib, şimal qonşusunun ərazi bütövlüyünü, suverenliyini müdafiə edib, separatçılığın əleyhinə çıxıb, mehriban qonşuluq siyasəti aparıb".

Bütün xəbərlər Facebook səhifəmizdə