Millimizin açıq məşqi keçirilib FOTOLAR

Aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. SİA-nın məlumatına görə, güləşçilərimiz yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. Bu gün Olimpiya Güləş Mərkəzində yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib.

Yığmamızın üzvləri ilk olaraq isinmə hərəkətləri yerinə yetiriblər. Sonra isə texniki-taktiki çalışmalara üstünlük verilib. Məşqçilər korpusu millimizin hazılırğının yüksək səviyyədə davam etdiyini qeyd ediblər.

Məşq prosesindən fotoları nəzərinizə çatdırırıq:

Bütün xəbərlər Facebook səhifəmizdə