Hacı Əliyev birinci, Aleksandr Qostiyev üçüncü oldu REYTİNQ

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutublar.
İkiqat dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev öz çəkisində reytində yenə də ilk sıradadır. Mövqeyi dəyişməyən güləşçilərimizdən biri də Olimpiya çempionu Toğrul Əsgərovdur. O, reytinqdə 5-ci sıradadır.

Riqada keçirilən son Avropa çempionatının gümüş medalçısı Cəbrayıl Həsənov 5 pillə irəliləyərək 9-cu sırada qərarlaşıb. Reytinqdəki mövqeyini yaxşılaşdıran daha bir güləşçimiz isə Aleksandr Qostiyevdir. Avropa çempionatında qazandığı gümüş medal güləşçimizi 10-cu sıradan 3-cü sıraya yüksəldib.

61 kq
1. Hacı Əliyev - Avropa çempionatı 3-cü yer (1)

65 kq
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (5)

70 kq
12. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (9)

74 kq
9. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (14)

86 kq
3. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (10)
13. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (12)
17. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (13)

97 kq
6. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (4)
13. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (10)

125 kq
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (3)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...