Patrisiya Qonzales: "Qələbəyə çox yaxın olduq"

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş Azərbaycan - Polşa oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales AFFA-nın rəsmi saytına açıqlama verib. SİA-nın məlumatına görə, mütəxəssis komandamızın oyunu haqqında müsbət fikirlər bildirib: "Oyunumuz barədə müsbət fikirlər söyləyə bilərəm. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət - 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə