Cüdoçular dövlət başçısına məktub ünvanlayıb

Azərbaycan Cüdo Federasiyasının kollektivi və cüdo ictimaiyyətinin bütün nümayəndələri dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb. SİA məktubu nəzərinizə çatdırır:

Hörmətli cənab Prezident,

Bütün cüdo ailəsi adından Sizi və xalqımızı Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi münasibətilə təbrik edirik. Fəxrlə bildiririk ki, son günlər erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə nəhayət ki, ata-baba torpaqlarımız mənfur düşməndən azad ediləcək və Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəyik. Biz - Azərbaycan cüdo ictimaiyyətinin bütün nümayəndələri - hər zaman Vətənimizin keşiyində durmağa, onun uğrunda canımızı fəda etməyə hazırıq. Hər an əmrinizi gözləyirik, cənab Prezident! Uca Tanrı Sizi və xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,

Azərbaycan Cüdo Federasiyasının kollektivi, cüdo ictimaiyyətinin bütün nümayəndələri

Bütün xəbərlər Facebook səhifəmizdə