Qurban Qurbanov: "Hər birimiz Vətən üçün döyüşməyə hazırıq

Qurban Qurbanov: "Hər birimiz Vətən üçün döyüşməyə hazırıq

"Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Cəbhədə baş verən hadisələrlə bağlı klub saytına açıqlama verən Q.Qurbanov fikirlərini bölüşüb: "Döyüşlər zamanı əsgərimizin şəhid olması üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri bizim üçün əzizdir. Amma inanıram ki, Vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Biz cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa, dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var. Ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O əmr gəldiyi zaman hər birimiz Vətən üçün döyüşməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə