Topaz Premyer Liqasının XXVIII turu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub. SİA-nın məlumatına görə, "Xəzər Lənkəran"la qarşılaşma milliləşən legioner üçün ölkə çempionatında "göy-qaralar"in heyətində 100-cü olub. Müdafiəçi bu görüşlərdə qol hesabını aça bilməyib. Bədavi "Qarabağ"ın tarixinə bu komandada ən azı 100 çempionat matçına çıxan 27-ci oyunçu kimi düşüb. Cari mövsümdə Riçard Almeyda və Muarem Muarem də bu səddi arxada qoymuşdu.

Qeyd edək ki, "Qarabağ"da 2012/13 mövsümündə debüt edən Hüseynov həmin çempionatda 17, 2013/14 mövsümündə 32, 2014/15 mövsümündə 28 oyun keçirib. Cari mövsümdəki 23-cü görüş "Qarabağ"la 100-cü olub. Ağdam təmsilçisinədək "Sumqayıt"da da oynamış müdafiəçi ümumilikdə Premyer Liqada 126 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...